Rusiya Azərbaycandan idxal edilən kartofa gömrük rüsumunu azalda bilər - Bu tarixdən | Banco.az

Rusiya Azərbaycandan idxal edilən kartofa gömrük rüsumunu azalda bilər - Bu tarixdən

Müəllif:Gülbəniz hüseynli/Banco.az

Rusiyada kartofun qiyməti ilin əvvəlindən bəri 88%-dən çox artıb.

Banco.az Rosstat-ın məlumatına əsasən xəbər verir ki, Rusiyada orta hesabla bir vətəndaş ildə 54 kq, ayda isə 4,5 kq kartof istehlak edir.

Son məlumatlara görə, ölkədə kartofun qiymətinin sabitləşdirilməsi ilə bağlı iri supermarketlər razılığa gəliblər. Söhbət 25 kq-lıq torbalarda olan, diametri 50-dən 80 millimetrə qədər olan kartofdan gedir. Bu razılaşmanın məqsədi məhsulun Rusiya vətəndaşları üçün əlçatanlığını artırmaqdır.

Ekspertlər isə idxal olunan məhsullara gömrük rüsumlarının ləğv edilməsinin vacibliyini vurğulayıblar. Bu perspektivdə Misir və Azərbaycandan gətirilən kök tərəvəzlərin gömrük rüsumlarından azad ediləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat verilir ki, bu kateqoriyaya aid kartofun qiymət sabitliyi 2025-ci il yanvarın 1-dən iyulun 31-dək təmin ediləcək.

Son illərdə Azərbaycan və Rusiya arasında kartof ticarəti ölkələrin iqtisadi əlaqələrinin vacib istiqamətlərindən birinə çevrilib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan ən çox kartof idxal edən ölkə olub. Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinə ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, 9 ayda Rusiyadan Azərbaycana 23,7 min ton kartof tədarük edilib. Ümumilikdə bu dövrdə Rusiya 188,2 min ton kartof ixrac edib.

2023-cü ildə isə bu rəqəm 71,2 min ton olub. 2023-cü ildə Azərbaycanda kartof əkin sahəsi 49,5 min hektar təşkil edib ki, bu, 2022-ci illə müqayisədə 9,7% azıb. İstehsal isə 5,9% azalaraq 1 milyon tona düşüb. Azərbaycandan ixrac edilən kartofun 88%-i Rusiyaya, 7,7%-i Ukraynaya, 3,1%-i Belarusa yönəlib. Azərbaycana idxal edilən kartofun 41,8%-i Rusiyadan, 23,9%-i İrandan, 22,9%-i Belarusdan təmin edilir.