Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ildə fərdi kompüter (FK) və planşetlərin qlobal tədarükü 3,8% artaraq 403,5 milyon ədəd təşkil edəcək.
Banco.az xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) tədqiqat şirkətinin proqnozunda deyilir.
Eyni zamanda, fərdi kompüterlərin satışı (masaüstü kompüterlər, noutbuklar və iş stansiyaları) cəmi 0,8% artacaq, planşet bazarında isə daha ciddi artım qeydə alınacaq - 9,8%.
Mütəxəssislər, 2025-ci ildə fərdi kompüter bazarının 4,3% artacağını proqnozlaşdırırlar, çünki “Windows 10” əməliyyat sisteminə dəstəyin sona çatması, xüsusən kommersiya alıcıları arasında təkmilləşdirmə dövrünə səbəb olacaq.
Qeyd olunub ki, 2024-2028-ci illər ərzində kompüter və planşet satışlarının mürəkkəb ortaillik artım tempi (CAGR) 1% olacaq. Nəticədə, 2028-ci ildə ümumi tədarüklər 420,6 milyon ədədə çatacaq.