Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin dekabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 164 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 992 milyon manat və ya 8,6% artıb.
Belə ki, 1 dekabr 2023 tarixinə ölkə banklarının cəmi aktivləri 46 mlrd. 172 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 43,662 mln. manat (8,7% artıb), balans kapitalı 6,502 mln. manat (8,2% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!