Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiya hökuməti 2025-ci maliyyə ilində (2025-ci ilin aprel - 2026-cı il mart) tədqiqat, təkmilləşdirmə və yarımkeçiricilərin istehsalına dəstək üçün təxminən 332,8 milyard yen (2,1 milyard dollar) ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu vəsaiti gələn ilin büdcəsinin hazırlanmasında istifadə olunacaq ilkin büdcə sorğusuna daxil edib. Subsidiyaların yarımkeçirici istehsalçısı “Rapidus”a veriləcəyi gözlənilir.
Bundan əvvəl Yaponiya hökuməti 2030-cu ilə qədər süni intellekt tərtibatçılarına və yarımkeçirici istehsalçılarına dəstək üçün 10 trilyon yen (təxminən 65 milyard dollar) ayırmağı nəzərdə tutan iqtisadi proqram hazırlamışdı. Səlahiyyətlilərə görə, bu, təxminən 50 trilyon yen (325 milyard dollar) özəl və dövlət sərmayəsini cəlb edəcək.