Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-noyabr aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 2 871 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin 11 ayında ölkənin elektromobil idxalının dəyəri 114 milyon 792 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 134 ədəd, dəyər ifadəsində isə 3 milyon 745 min dollar və ya 3,4% artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 737 ədəd, dəyəri isə 111,1 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!