Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında 11528,3 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 8,9% artıb.
Məlumata görə, 1 dekabr tarixinə ölkədə hazır məhsul ehtiyatı 93,7 ton olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkədən 5 milyon 998 min dollar dəyərində 679.4 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!