Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-noyabr aylarında Xorvatiyaya 873 milyon 398 min dollar dəyərində 1 milyon 436 min ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 338 milyon 406 min dollar və ya 63,3% artıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-noyabr aylarına nisbətdə 61,1% artıb.
Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!