Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın cari hesab kəsiri ilin üçüncü rübündə bu vaxta qədərki ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul-sentyabr dövrü üzrə cari əməliyyatlar balansı məlumatlarını açıqlayıb.
Buna görə, ölkənin cari əməliyyatlar kəsiri bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 13,1 faiz artaraq 310,9 milyard dollara çatıb.
Bu dövrdə rekord səviyyəyə çatan cari əməliyyatlar kəsiri üçün bazar proqnozu 286 milyard dollar istiqamətində idi.
ABŞ-ın cari hesab kəsiri ilin ikinci rübündə 275 milyard dollar olaraq qeydə alınmışdı.
Ölkənin cari hesab kəsirinin ÜDM-ə nisbəti üçüncü rübdə 4,2 faiz olaraq hesablanıb ki, bu dəyər 2022-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək göstərici olub.
Bizi sosial şəbəkələrdən izləyin!!