Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü il reklam dünyasında yüksək büdcəli və innovativ kampaniyalarla yadda qaldı.
Banco.az bu ilin ən bahalı və diqqətçəkən reklam kampaniyalarını təqdim edir:
1. Starbucks – “Drink In, Breathe Out”
Starbucks, 2024-cü ilin Yeni il kampaniyasında stop-motion, 2D və 3D animasiya texnikalarını birləşdirərək isti və nostalji atmosfer yaradıb. Onun bu reklamı yüksək istehsal dəyəri və kreativ yanaşma ilə geniş kütlənin diqqətini çəkdi.
2. Kitchen Warehouse Australia – “Black Friday”
Black Friday endirim kampaniyasında istifadə edilən innovativ açıq hava reklamı yüksək büdcə sərfiyyatı və diqqətçəkən billboard dizaynı ilə seçildi. Bu reklam nəticəsində satışlar maksimum həddə çatdı, kreativ yanaşma ilə marka tanındı.
3. DoorDash – “All The Ads” (Super Bowl)
Super Bowl reklamı zamanı DoorDash, yayımlanan bütün reklamların məhsullarını platforması vasitəsilə istifadəçilərə çatdıracağını elan etdi. Bu ideya, fərqli yanaşması və böyük büdcəsi ilə ən çox diqqət çəkən reklam kampaniyalarından biri oldu.
4. Wendy’s – “Frosty Fix”
Wendy’s, rəqibi McDonald’s-ın dondurma maşınlarının tez-tez xarab olması ilə bağlı istehlakçı narazılıqlarından istifadə etdi. Gerilla marketinq taktikası ilə diqqət çəkən bu kampaniya həm əyləncəli, həm də yüksək büdcəli idi. Burada əsas uğur rəqib brendlərin zəif tərəflərinin kreativ formada vurğulanması, markanın öz məhsulunu daha güclü tanıtması oldu.
5. Skittles – “Göyqurşağından üzr istə ”
2024-cü ildə Skittles, yaşıl konfetinin dadını alma əvəzinə limona dəyişdiyi üçün istehlakçılardan üzr istəməyi əks etdirən kampaniya ilə yadda qaldı. Bu reklam emosional toxunuş və yumor ilə təqdim olundu və yüksək büdcə sərfiyyatı ilə fərqləndi.
İstehlakçıların rəylərinə cavab verib və brendə bağlılığı gücləndirmək məqsədi güdən bu reklamda mükafat qazanan kreativ yanaşma ilə brendin pozitiv imici qorunurdu.
2024-cü ilin ən bahalı və təsirli reklamları emosional bağlılıq, innovativ dizayn, və kreativ marketinq yanaşmaları ilə seçildi. Nəticədə, brendlər böyük büdcələrlə maksimum nəticə əldə etdilər. Reklam dünyası göstərdi ki, həm emosional təsir, həm də texnoloji yeniliklər brendlərin uğurunun açar faktorudur.