Polşa Aİ-dən rekord məbləğdə tranş alıb | Banco.az

Polşa Aİ-dən rekord məbləğdə tranş alıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) Varşavaya rekord məbləğdə - 40 milyard zlotı (təxminən 10 milyard dollar) tranş ayırıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

"Aİ-nin Bərpa və Dayanıqlığın Artırılması Fondundan dörd tranş alınıb ki, bu da ümumilikdə 40 milyard zlotıdır", - deyə siyasətçi bildirib.

Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.