İrlandiya “Meta”nı 251 milyon avro cərimələyib | Banco.az

İrlandiya “Meta”nı 251 milyon avro cərimələyib

Müəllif:Ayşən İmanova/Banco.az

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) Amerikanın “Meta” şirkətini sahibi olduğu “Facebook” sosial şəbəkəsindən məlumat sızdırdığına görə 251 milyon avro cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Tənzimləyicinin yaydığı açıqlamada bunun 2018-ci ilin sentyabrında baş vermiş və qlobal xarakter daşıyan hadisə olduğu bildirilir. 

Məlumata görə, o zaman haker hücumu nəticəsində 29 milyona yaxın “Facebook” istifadəçisinin, o cümlədən Aİ-də 3 milyon istifadəçisinin şəxsi məlumatları ələ keçirilib.

Kommunikedə qeyd edildiyi kimi, “Facebook” problemi məlum olandan qısa müddət sonra aradan qaldırıb.