Müəllif: Gülnar Əhmədli, Banco.az
İraqdan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 7 milyon 445 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə (11 milyon 79 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 18 milyon 524 min dollara bərabər olub.
Qeyd edək ki, 9 ayda İraqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 0,9% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!