Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransanın yeni Baş naziri açıqlanıb.
Banco.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Fransua Bayrunu yeni baş nazir təyin edib.
Xatırladaq ki, Fransada ifrat sağçı Marin Le Penin partiyası Milli Birlik solçularla birləşərək etimadsızlıq təklifi qəbul etdikdən sonra baş nazir Mişel Barnierin hökuməti çökmüşdü.
MoDem qrupunun rəhbəri Bayrou Mişel Barnier hökumətinin parlament tərəfindən etimadsızlıq səsverməsi ilə devrilməsindən sonra təyin edilib.
73 yaşlı Bayrounun yaxın günlərdə nazirlərin siyahısını təqdim edəcəyi gözlənilir, lakin o, çox güman ki, faktiki olaraq üçə bölünən Fransa Parlamentində qanunları qəbul etməklə bağlı sələfi Barnierlə eyni problemlərlə üzləşəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!