Müəllif:Ayşən İmanova/Banco.az
Ukrayna Milli Bankı ölkədə inflyasiyanın təxminən iki dəfə artacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Tənzimləyici 2024-cü ilin sonuna qiymət artımının 1,9 dəfə - ötən ilki 5,1%-dən bu il 9,7%-ə qədər artacağını gözləyir.
“Əlverişsiz hava şəraitinin əkin sahələrinə gözləniləndən daha çox təsiri nəticəsində ərzaq inflyasiyası artıb. Həm inzibati inflyasiya, həm də yanacağın qiymətləri gözləniləndən bir qədər sürətlə artıb. Milli Bankın hesablamalarına görə, qiymət artımı noyabr ayında da davam edib”, - sənəddə deyilir.