Türkiyədə illik inflyasiya 47,09%-ə enib | Banco.az

Türkiyədə illik inflyasiya 47,09%-ə enib

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə istehlak qiymətləri noyabrda illik müqayisədə 47,09% artıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutunun (“TurkStat”) hesabatında deyilir.

Hesabata görə, artım sürəti oktyabrda 48,58%-dən yavaşlayıb və 2023-cü ilin iyun ayından bəri ən aşağı göstərici olub. İnflyasiya ardıcıl olaraq altıncı ay zəifləyib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ay ölkədə istehsalçı qiymətləri 2021-ci ilin fevral ayından bu yana ən aşağı artımla illik ifadədə 29,47%, 2023-cü ilin may ayından isə ən aşağı göstərici ilə aylıq ifadədə 0,66% artıb. Oktyabrda qiymətlər müvafiq olaraq 32,24% və 1,29% artıb.

Ən çox qiymət artımı təhsil sektorunda qeydə alınıb - illik ifadədə 92,49%. Mənzil qiymətləri 74,75%, mehmanxana, kafe və restoranlarda xidmətlər isə 59,38% artıb.

Türkiyə Mərkəzi Bankı bu ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlayır və sərt pul siyasəti inflyasiyanın azalmasına kömək edir. 2023-cü ilin iyun ayında bu nisbət 8,5% olub.