Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib.

Məlumata görə,  valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

      Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub. Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb.

      apa