S&P: "Qlobal iqtisadiyyat gələn il 3% artacaq" | Banco.az

S&P: "Qlobal iqtisadiyyat gələn il 3% artacaq"

Müəllif: Gülnar Əhmədli, Banco.az

S&P-nin qlobal iqtisadi görünüşlə bağlı dərc etdiyi hesabatda qlobal iqtisadiyyatın 2025-ci ilə nisbətən yaxşı vəziyyətdə başlayacağı bildirilib.

Banco.az "Bloomberg"ə istinadən xəbər verir ki, dünya iqtisadiyyatının bu il 3,3%, gələn il isə 3% artacağı gözlənilir.

Hesabatda artan faiz dərəcələrinin COVID-19 pandemiyasından sonra gözlənilməz kəskin inflyasiyanın əksinə olaraq gözlənildiyi kimi yavaşlamaya səbəb olmadığı ifadə edilib.

Bundan əlavə, hesabatda vurğulanıb ki, ABŞ iqtisadiyyatının bu il 2,7%, gələn il isə 2% böyüməsi gözlənilir.

Digər ölkələrin iqtisadi artım gözləntilərinin də yer aldığı hesabatda Avrozona iqtisadiyyatının bu il 0,8%, gələn il isə 1,2% artacağı, Çin iqtisadiyyatının isə bu il 4,8%, gələn il isə 4,1% artacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram