Müəllif:Ayşən İmanova/Banco.az
Yeni Zelandiyanın Ehtiyat Bankı (ölkənin Mərkəzi Bankı) əsas faiz dərəcəsini 50 baza bəndi - illik 4,25%-ə endirib.
Banco.az xəbər verir ki, tənzimləyici ardıcıl üçüncü iclasdan sonra dərəcəsi aşağı salıb. Qərar “Trading Economics” tərəfindən sorğu edilən analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.
Qeyd edək ki, Yeni Zelandiyada inflyasiya aprel-iyun aylarındaki 3,3%-dən üçüncü rübdə illik ifadədə 2,2%-ə enib. Bu, 2021-ci ilin mart ayından etibarən istehlak qiymətlərindəki minimum artım tempidir. Yeni Zelandiya Mərkəzi Bankı inflyasiyanı 1-3% intervalında hədəfləyir.
Bununla yanaşı, Mərkəzi Bankın rəhbərliyi pul-kredit siyasətinin daha da yumşaldılmasının zəruriliyinə əmindir.