İspaniya 5 aviaşirkəti 180 milyon avro cərimələdi | Banco.az

İspaniya 5 aviaşirkəti 180 milyon avro cərimələdi

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi, sərnişinlərin hüquqlarını pozduğuna görə “Ryanair”, “Vueling”, “Easyjet”, “Norwegian” və “Volotea” daxil olmaqla 5 aviaşirkətini cərimələyib.

Banco.az xəbər verir ki, cərimələrin ümumi məbləği 179 milyon avro təşkil edib.

Qeyd olunub ki, sanksiyalar əl yükü üçün əlavə rüsumların alınması, yetkinlik yaşına çatmayanlar və əlilləri müşayiət edən şəxslər üçün bitişik yerlərin ayrılması və İspaniya hava limanlarında nağd ödənişlərin qəbulundan imtina kimi sui-istifadələrə aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Nazirliyin məlumatına görə, ən böyük cərimə “Ryanair”ə — 107 775 777 avro, ardınca “Vueling” — 39 264 412 avro, “Easyjet” — 29 094 441 avro, “Norwegian” — 1 610 001 avro və “Volotea”ya — 1 189 000 avro verilib.

İspaniyanın istehlakçıların hüquqlarının müdafiəsi naziri Pablo Bustinduy bildirib ki, heç bir şirkət qanundan üstün deyil. O, istehlakçı hüquqlarının pozulmasına əsaslanan biznes modellərinin qəbuledilməz olduğunu vurğulayıb.

“Ryanair” artıq cərimələri “qanunsuz və əsassız” adlandıraraq apellyasiya şikayəti vermək planlarını açıqlayıb. Digər aviaşirkətlərin nümayəndələri də sanksiyalara məhkəmədə etiraz etmək niyyətlərini bildiriblər.