Türkiyə “Nüvə Enerjisinin 3 dəfə artırılması haqqında Bəyannamə”ni imzalayıb | Banco.az

Türkiyə “Nüvə Enerjisinin 3 dəfə artırılması haqqında Bəyannamə”ni imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə “Nüvə Enerjisinin 3 dəfə artırılması haqqında Bəyannamə”ni imzalayıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransında 2050-ci il üçün xalis sıfır hədəfinə nail olmaq istiqamətində nüvə enerjisinin əhəmiyyəti bir daha vurğulanıb.

Ötən il Dubayda keçirilən COP28-də ABŞ-ın təşəbbüsü ilə Fransa, Yaponiya və Cənubi Koreya kimi nüvə enerjisi sahəsində aparıcı dövlətlərin imzaladığı “Üçlü Nüvə Enerjisi Bəyannaməsi” bu il daha 6 ölkə tərəfindən imzalanıb.

İmzalayan ölkələrdən biri də Türkiyə olub. Bu imza ilə Türkiyə digər tərəf ölkələri kimi, 2020-ci ilə nisbətən 2050-ci ildə qlobal nüvə enerjisinin quraşdırılmış gücünü üç dəfə artırmaq üçün birgə işləməyi öhdəsinə götürüb.

Ən sərfəli kredit üçün müraciət et

Bəyannamə qlobal gündəmin mərkəzində olan nüvə enerjisinin elektrik enerjisi istehsalında payını artırmaq məqsədi daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram