“Visa”nın xalis mənfəəti 14% artıb | Banco.az

“Visa”nın xalis mənfəəti 14% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın ən böyük ödəniş sisteminin operatoru olan “Visa”, 2024-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəətini 14% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında deyilir.

Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin müvafiq dövründəki 4,7 milyard dollarla müqayisədə 5,3 milyard dollar təşkil edib. Gəlir 12% artaraq 9,617 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən rübdə “Visa” kartları ilə aparılan əməliyyatların sayı 10% artaraq 61,5 milyarda çatıb. Ödənişlərin həcmi isə 8% artıb.

Məlumata görə, 2024-cü maliyyə ili ərzində şirkət təxminən 62 milyon səhmini 16,7 milyard dollara geri alıb. 

“Visa”nın son maliyyə ilində xalis mənfəəti 14% artaraq 19,7 milyard dollara çatıb. Gəliri isə 10% artaraq 35,9 milyard dollar təşkil edib. 2025-ci maliyyə ilində şirkət gəlir artımının 7-13%, o cümlədən birinci maliyyə rübündə 7-9% olacağını gözləyir.

Qeyd edək ki, son üç ayda “Visa”nın kapitallaşması 7,1% (561,5 milyard dollara qədər) artıb.