Azərbaycan Mərkəzi Bankı Türkiyənin sığorta brokerini reyestrinə daxil edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan Mərkəzi Bankı Türkiyənin sığorta brokerini reyestrinə daxil edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

Bu barədə AMB məlumat  verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.

Bundan əvvəl oktyabrda 4 xarici ölkəyə məxsus 5 şirkət sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, "BMS Group Sigorta ve Reasürans Brokerliği" 2020-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.

report