Norveç Ukraynaya 118 milyon dollardan çox vəsait ayıracaq | Banco.az

Norveç Ukraynaya 118 milyon dollardan çox vəsait ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Norveç hökuməti Kiyevə 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayırmaqla Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq.

Banco.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.

Onun sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, Oslo Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Kiyevə 130 qayıq da təhvil verəcək.

Bu ilin iyulunda Norveçin baş naziri Yonas Qar Stör NATO-nun Vaşinqtonda keçirilən sammitində bildirmişdi ki, krallığın Ukraynaya verəcəyi altı F-16 qırıcısı 2024-cü ildə tədarük edilməyə başlanılacaq.