Müəllif: Tamara Mustafayeva, Banco.az
“Stellantis”in ilin üçüncü rübündə gəliri 27 faiz azalıb.
Banco.az xəbər verir ki, “Stellantis” avtomobil şirkətinin bu ilin üçüncü rübündə xalis gəliri illik müqayisədə 27 faiz azalsa da, analitiklərin proqnozlarını üstələyib.
Şirkət bu ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
“Stellantis”in bu dövrdə xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 33 milyard avroya düşüb. Bu azalma zəif daşınma həcmləri, qiymətlər və məzənnə təsirləri ilə əlaqədardır.
Bu dövrdə şirkətin konsolidasiya edilmiş daşımaları illik müqayisədə 20 faiz azalıb.
Bazar proqnozları “Stellantis”in bu dövrdə 31,1 milyard avro xalis gəlir əldə edəcəyi istiqamətində idi.
Qeyd edək ki, şirkət bu il 20 yeni məhsulun təqdimatını tamamlamaq yolunda olduğunu açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!