2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 274 milyon manat təşkil edib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.4% və ya 1 milyard 899 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 365 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 565 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 84 milyon manatı bankomatlar vasitəsi ilə, 250 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2024-cü il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 273 min təşkil edib.
apa