“Colgate-Palmolive”in xalis mənfəəti 4% artıb | Banco.az

“Colgate-Palmolive”in xalis mənfəəti 4% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika istehlak malları istehsalçısı “Colgate-Palmolive” 2024-cü ilin üçüncü rübündə xalis mənfəəti 4% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesaatında deyilir.

Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 708 milyon dollarla müqaisədə 737 milyon dollar təşkil edib. Düzəliş edilmiş mənfəət səhm başına 86 sentdən 91 sentə yüksəlib. Gəlir 2,4% artaraq 5,03 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən rübdə şirkətin məhsullarının qiymətləri orta hesabla 3,1%, satış həcmi isə 3,7% artıb.

Şimali Amerikada gəlir 2,1%, Latın Amerikasında 3,2% azalıb. Eyni zamanda, Avropada 8%, Asiya-Sakit okean regionunda 6,3%, Afrika və Avrasiyada 4,8% artıb.

Qeyd edək ki, “Colgate-Palmolive” geniş çeşiddə məhsullar istehsal edir: ağız baxımı məhsulları, bədənə qulluq məhsulları, qabyuyan və ev təmizləmə məhsulları. Şirkət dünyanın 200-dən çox ölkə və regionunda fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et