Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar İlon Mask ABŞ-nin keçmiş prezidenti Donald Trampın “America PAC” seçki kampaniyasına dəstək olaraq siyasi komitəyə daha 43 milyon dollar ayırıb və bununla da töhfəni 118 milyon dollara çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə “The Hill” kampaniyanın maliyyə hesabatlarına istinadən məlumat yayıb.
“Milyarder oktyabrın 4-də “America PAC”a 11 milyon dollar, daha sonra oktyabrın 9-da 10 milyon dollar, oktyabrın 11-də 7,9 milyon dollar və oktyabrın 15-də 14,7 milyon dollar töhfə verib”, - nəşr yazır.
Daha əvvəl Mask “PAC”a 75 milyon dollar ayırmışdı.
Nəşrin məlumatına görə, komitə milyarder iş adamı Nelson Pelsdən daha 1 milyon dollar alıb.
Qeyd olunur ki, “PAC”, həmçinin ABŞ-nin keçmiş Təhsil Katibi Elizabet Devos da daxil olmaqla, Devos sahibkarlar ailəsinin bir neçə üzvü tərəfindən dəstəklənir.