Müəllif:Ayşən İmanova/Banco.az
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasını dəstəkləyən “Future Forward” qeyri-kommersiya təşkilatına gizli şəkildə 50 milyon dollar ianə edib.
Banco.az xəbər verir ki, bu barədə“The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Qeyts bu məbləği Respublikaçı namizəd Donald Trampın mümkün ikinci prezidentlik müddətindən ehtiyat etdiyi üçün bağışlayıb. Məqalədə bildirilir ki, o, Trampın seçiləcəyi təqdirdə ailə planlaması və qlobal sağlamlıq proqramlarında mümkün azalmalardan narahatdır.
Buna baxmayaraq, Qeyts hər iki namizədlə əməkdaşlığa hazır olduğunu bildirib.
“Mən Birləşmiş Ştatlarda və bütün dünyada səhiyyənin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə aydın öhdəlik nümayiş etdirən namizədləri dəstəkləyirəm”, - deyə sahibkar qeyd edib.