ABŞ iqtisadiyyatı yeni superdövrə daxil oldu | Banco.az

ABŞ iqtisadiyyatı yeni superdövrə daxil oldu

Müəllif:Ayşən İmanova/Banco.az 

ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni superdövrə daxil olub.

Banco.az xəbər verir ki, bu barədə “Business Insider” (BI) məlumat yayıb.

Məqalədə qeyd olunur ki, əvvəlki superdövr ABŞ Federal Ehtiyat Sisteminin (FRS) 2008-ci ildə əsas faiz dərəcəsini 0 %-ə endirməsi ilə başlayıb ki, bu da qlobal maliyyə sisteminə zərbə olub. O zaman ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyi kəskin şəkildə aşağı düşüb və investorlar ciddi risklərlə üzləşiblər.

Nəşr bildirir ki, son 15 ildə Amerika iqtisadiyyatı zəif tələb və aşağı faiz dərəcələri ilə səciyyələnirdisə, indi vəziyyət dəyişib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, yeni mərhələyə keçid Vaşinqtonun maliyyə siyasətinin bütün proqnozların əksinə olan nəticələri ilə sübut olunur. BI-nin məlumatına görə, yeni iqtisadi superdövrün səciyyəvi cəhəti ölkənin mərkəzi bankı olan ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas dərəcəsinin yüksək olmasıdır. Eyni zamanda, dünyada siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən yüksək risklər və inflyasiya təsirləri ola bilər.

İqtisadçıların proqnozlarına görə, gələcəkdə FED-in uçot dərəcəsi təxminən 3,5 % təşkil edəcək ki, bu da kreditlərin bahalaşmasına, əmanətlərin və onlar üzrə gəlirlərin artmasına, iqtisadi artıma, eləcə də işçi qüvvəsinə tələblərin sərtləşməsinə səbəb olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et