Azərbaycan sentyabrda mobil internetin sürətinə görə 3 pillə geriləyib | Banco.az

Azərbaycan sentyabrda mobil internetin sürətinə görə 3 pillə geriləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin sentyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 112 ölkə arasında 55,62 MB/S sürətlə 48-ci yerdə qərarlaşıb. Azərbaycan avqust ayı ilə müqayisədə mövqeyində 3 pillə geriləyib. 

Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 159 ölkə arasında 95-ci yerdə qərarlaşıb. Burada Azərbaycan 9 pillə irəliləyib.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 52,06 MB/S olub. Avqustda isə internetin orta sürəti 45,47 MB/S idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et