Avropa Mərkəzi Bankı bu ay da faiz dərəcələrini aşağı salıb | Banco.az

Avropa Mərkəzi Bankı bu ay da faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı bu ay da faiz dərəcələrini azaldıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) bazar proqnozlarına uyğun olaraq, sentyabr ayından sonra oktyabrda da faiz dərəcələrini azaltmaq qərarına gəlib.

Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 25 baza bəndi azaldaraq 3,25 faizə endirib.

ECB-nin əsas yenidən maliyyələşdirmə dərəcəsi 3,65 faizdən 3,40 faizə endirilib. Marjinal maliyyələşdirmə dərəcəsi isə 3,90 faizdən 3,65 faizə qədər azaldılıb.

Qərar mətnində Avrozonada inflyasiya prosesinin yolunda getdiyi mesajı verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram