Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin sentyabr ayında Türkiyədə 87 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə 9 ayda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,1% azalaraq 17 min 90 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 346 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (163 mənzil), üçüncü isə Ukrayna (139 mənzil) vətəndaşları alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!