Ölkə əhalisi içki və tütünə 1.8 mlrd. manatdan çox pul xərcləyib | Banco.az

Ölkə əhalisi içki və tütünə 1.8 mlrd. manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-sentyabr aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,8% çoxdur. 

Əlavə edək ki, bu ilin 9 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,4%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram