Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” karbonsuz enerjiyə keçid planının bir hissəsi olaraq kiçik modul reaktor (SMR) müqavilələri imzalayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Amazon”dan yayılan bəyanata görə, şirkətin bulud hesablamaları üzrə törəmə şirkəti “Amazon Web Services” (AWS) nüvə enerjisi layihələrinin inkişafına dəstək üçün üç yeni müqavilə imzalayıb.
Bəyanatda bildirilib ki, bu müqavilələr bir neçə yeni SMR-nin tikintisini əhatə edir və “Energy Northwest” ilə müqavilə dörd qabaqcıl SMR-in hazırlanmasına imkan yaradacaq.
Bəyanatda qeyd olunub ki, reaktorlar “Energy Northwest” şirkəti tərəfindən inşa ediləcək. Qeyd olunub ki, layihə 2030-cu illərin əvvəllərindən etibarən Sakit okeanın şimal-qərb regionunun proqnozlaşdırılan enerji ehtiyaclarını ödəməyə kömək edəcək.
Bundan əlavə, bəyanatda yeni nəsil SMR reaktorları və yanacağın aparıcı istehsalçılarından biri olan “X-energy” şirkətinə sərmayə qoyulacağı və “Energy Northwest” layihəsində “X-energy”nin təkmil nüvə reaktoru dizaynından istifadə olunacağı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!