Müəllif:Ayşən İmanova/Banco.az
İtaliya büdcə kəsirinin azaldılması səyləri çərçivəsində kriptovalyutalara kapital artımı vergisini 26%-dən 42%-ə yüksəltməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İtaliyanın maliyyə nazirinin müavini Maurisio Leo bildirib ki, hökumət bu qərarı kriptovalyuta fenomeni yayıldığı üçün qəbul edib.
Nəşr xatırladıb ki, bəzi ölkələr artıq rəqəmsal aktivlərin ticarəti üçün ağır rüsumlar tətbiq ediblər, lakin bu hekayələr həmişə uğurla bitməyib. Belə ki, iki il əvvəl Hindistan oxşar tədbirləri tətbiq edib. Nəticədə, ölkə yalnız yerli investorların ofşor platformalara köçməsi ilə ticarət həcmlərində azalma müşahidə edib.
İtaliya ötən ilin sonunda Avropa İttifaqına üzv ölkələr üçün 3% hədəflə ÜDM-in 7,4%-ni təşkil edən ölkənin büdcə kəsirini azaltmaq üçün əlindən gələni edir. Yayda Roma varlı əcnəbilərin xarici gəlirlərinə vergini iki dəfə artırıb. Rüsumun məbləği isə 100 min avrodan 200 min avroya yüksəlib.