Dünya Bankı Fələstinə dəyən ziyanın həcmini açıqlayıb | Banco.az

Dünya Bankı Fələstinə dəyən ziyanın həcmini açıqlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünya Bankı ötən ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı təxminən 14-20 milyard dollar qiymətləndirib.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Acay Banqa  bildirib.

Onun sözlərinə görə, Dünya Bankının BMT və Avropa İttifaqı ilə birgə apardığı cari hesablamalara görə, hazırda Fələstində maddi ziyan 14-20 milyard dollara yaxındır.

Ən sərfəli kredit üçün müraciət et

“Bu müharibənin iqtisadi ziyanı əsasən onun nə qədər yayılacağından asılıdır. Əgər yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq, çünki Qəzza və Fələstin qlobal iqtisadiyyata nisbətən az töhfə verir. Bölgədə yayılsa, tamam başqa problem olacaq. Çünki o zaman dünya iqtisadiyyatına həm dollarla, həm də metallar, neft və sair baxımından daha çox töhfə verən yerlərə gedəcək”, - o vurğulayıb.