Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyədək azalıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyədək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 34 milyard 498 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 605 milyon dollar və ya 11,8% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 25,1% azalaraq 19 milyard 854 milyon ABŞ dollarına enib. İdxalı isə 16,1% artaraq 14 milyard 643 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 5 milyard 211 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram