Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifələr:
- Müştərilərin zənglərini qəbul etmək və suallarına cavab vermək.
- Qızıl girovu ilə kreditləşmə şərtləri barədə müştərilərə dolğun məlumat vermək.
- Müştərilərin kredit müraciətlərini qəbul etmək və sistemə daxil etmək.
- Müştəriləri kredit şərtləri, ödəmə cədvəlləri və digər maliyyə məsələləri ilə bağlı məlumatlandırmaq.
- Müştərilər arasında razılığın təmin olunması və mümkün şikayətlərin həll edilməsi.
- Telefonla müştəri bazasının genişləndirilməsi və potensial müştərilərlə əlaqə saxlamaq.
Tələblər:
- Ali təhsil (Maliyyə və ya iqtisadiyyat sahəsində təhsil üstünlükdür).
- Müştərilərlə ünsiyyət bacarığı və xoş münasibət qurma qabiliyyəti.
- Azərbaycan və Rus dillərində səlis danışıq bacarığı, ingilis dili arzuolunandır.
- Ofis proqramlarında və CRM sistemində işləmə bacarığı.
- Stressə davamlılıq və problemləri operativ həll etmə bacarığı.
- Təcrübə: Kredit və ya maliyyə sahəsində minimum 1 il təcrübə arzuolunandır.
- Müştəri xidmətləri: Müştəri məmnuniyyəti və şikayətlərin həlli üzrə bilik və təcrübə.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əlavə dillər bilmək üstünlükdür.
- Kompyuter bacarıqları: MS Office, CRM sistemləri və digər müvafiq proqram təminatlarının yaxşı səviyyədə biliyi.
Təklif olunanlar:
- Sabit əmək haqqı + bonus sistemi.
- Rahat iş mühiti və kollektiv.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Təlimlər və şəxsi inkişaf proqramları.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: Müsahibə əsasında və əlavə olaraq veriləcək əməkhaqqının iki misli qədər bunus almaq imkanı.
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mütəxəssis (çağrı mərkəzi)” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
- Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.
Əlaqə nömrəsi
(+994 51) 2303407
Vebsayt