"Parabokt" ASC "Aparıcı marketinq mütəxəssisi" | Banco.az

"Parabokt" ASC "Aparıcı marketinq mütəxəssisi"

Vakansiya haqqında məlumat: 

Maliyyə sektorunun liderlərindən olan "Parabokt" ASC "Aparıcı marketinq mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir, sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

·        Şirkətin marketinq strategiyasını və siyasətini həyata keçirmək;

·        Partnyor şirkətlərin nümayəndələri, kreativ agentliklər ilə danışıqlar aparmaq;

·        TV, radio, bilbord və s. ənənəvi reklamların yerləşdirilməsi, effektivliyinin ölçülməsi və nəticəsinin analizi;

·        Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, media ilə əlaqələrin aparılması;

·        PR layihələrin hazırlanması və icrası;

·        Effektiv marketinq kampaniyaları hazırlamaq, təqdim etmək, nəticələrini analiz etmək;

·        Sosial media platformalarının marketinq planına uyğun icrasına nəzarət etmək;

·        Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasına birbaşa nəzarət etmək;

Namizədə olan tələblər:

·        Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;

·        Ali təhsil (marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar ixtisaslar üzrə)

·        Mükəmməl Azərbaycan dili (ingilis dili arzuolunandır)

·        Komanda ilə işləmək bacarığı, analitik düşünmək, nəticə yönümlü, davamlı təkmilləşmə

·        MS Office proqramlarında işləmək bacarığı;

·        Marketinqin əsasları, kreativ yanaşma, analiz və təhliletmə

 

Ə/h: Razılaşma yolu  ilə

İş yeri və qrafik:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü: Bazar ertəsi - cümə
  • İş yeri: Səməd Vurğun küç. 60

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Aparıcı marketinq mütəxəssisi" başlığI ilə   [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Şirkət: 
"GL" ASC