2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəlib.
Banco.z xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb.
İstifadə olunub investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönələn investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönələn investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.