Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin ən böyük 5 bankından biri olan "Bank Respublika" 2024-cü ilin yanvar-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin 9 ayında "Bank Respublika"nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon 603 min manat və ya 53% artaraq 39 milyon 273 min manata çatıb.
Ötən ilin eyni dövründə Bankın xalis mənfəəti 25 milyon 670 min manata bərabər olub.
Sentyabr ayının sonuna "Bank Respublika"nın aktivləri isə 2 milyard 152 milyon 789 min manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdəndir. Bankın aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 21,8 milyon manat artıb.
Hesabat dövrünün sonuna bankın depozit portfeli 1,3 milyard manat təşkil edib. Kredit portfeli isə 178 milyon manat və ya 15,2% artaraq 1 milyard 352 milyon 299 min manata yüksəlib.
Qeyd edək ki, Bank Respublika 1992-ci ildən fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!