Bankların faiz gəlirləri 2.6 mlrd. manatı ötüb | Banco.az

Bankların faiz gəlirləri 2.6 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin sentyabr ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 648 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 346 milyon manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,2% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği avqust ayının əvvəlinə 2 milyard 302 milyon manat, ötən ilin sentyabr ayının 1-də isə 2 milyard 279 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et