Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı istiqrazların orta və uzunmüddətli tranşlarının satışı vasitəsilə 10 milyard avro (11 milyard dollar) cəlb etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Aİ bu ilin dördüncü rübündə ilk vəsaiti cəlb etmək məqsədilə banklar vasitəsilə 2027-ci ilin dekabrında və 2039-cu ilin oktyabrında ödəmə müddəti bitən daha çox istiqraz satmağı planlaşdırır.
Nəşr qeyd edir ki, bu cür sindikatlaşdırılmış borc hökumətlərə öz investor bazasını diversifikasiya etməklə sürətlə böyük məbləğlər qazanmağa imkan verir.
Qeyd olunub ki, koronavirus pandemiyasından sonra bərpa proqramlarını maliyyələşdirmək və Ukraynaya dəstək üçün aktiv vəsait cəlb etməsi səbəbindən Aİ-nin borcu üç il ərzində 900 milyard avroya çata bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!