Müəllif:Ayşən İmanova/Banco.az
Sentyabr ayında Böyük Britaniyada mənzil qiymətləri illik müqayisədə 4,7% artıb.
Banco.az xəbər verir ki, bu barədə "Halifax" konsaltinq şirkətinin məlumatında deyilir.
Bildirilir ki, bu, 2022-ci ilin noyabrından bəri rekord artımdır. Qiymət artımı artıq onuncu aydır ki, qeydə alınıb. Avqustda isə mənzil qiymətləri 4,3% artıb.
Qeyd edək ki, hazırda Böyük Britaniyada əmlakın orta qiyməti 293,399 min funt sterlinqdir (383,427 min dollar). Bu, 2022-ci ilin iyununda qeydə alınan tarixi maksimuma yaxındır.