“S&P” İsrailin kredit reytinqini aşağı salıb | Banco.az

“S&P” İsrailin kredit reytinqini aşağı salıb

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq reytinq agentliyi “S&P” İsrailin xarici və yerli valyutada uzunmüddətli suveren kredit reytinqini mənfi proqnozla "A+"dan "A"-a endirib.

Banco.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

"Biz İsrail və Hizbullah arasında qarşıdurmaların son zamanlar şiddətlənməsini nəzərə alaraq, daha da uzanacağı və kəskinləşəcəyi ehtimalının artdığını görürük. Artıq hərbi fəaliyyətin 2025-ci ilə qədər davam edə biləcəyinə inanırıq", - deyə  bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik İsrail iqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı salıb: 2024-cü ildə sıfır artım, 2025-ci ildə isə 2,2% artım gözlənilir (əvvəllər artım müvafiq olaraq 0,5% və 5% gözlənilirdi). 
Gələn ilin ikinci yarısında vəziyyətin sabitləşməsi şərti ilə, iqtisadi canlanma 2026-cı ildə başlaya bilər.

“S&P” həmçinin müdafiə xərcləri artmağa davam etdikcə İsrailin büdcə kəsirinin həm qısa, həm də orta müddətli dövrdə artacağını proqnozlaşdırır.

Münaqişə kəskinləşərsə, agentlik növbəti 24 ay ərzində ölkənin reytinqini yenidən aşağı sala bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et