Müəllif:Ayşən İmanova/Banco.az
İlon Mask “X” (Twitter) sosial şəbəkəsini aldıqdan sonra onun dəyəri əhəmiyyətli dərəcədə - 78,7% aşağı düşüb.
Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
"Fidelity" konsaltinq şirkəti tərəfindən aparılan son hesablamalara görə, “X” ilkin 44 milyard dollarlıq alış qiymətinin dörddə birindən çox dəyər itirib.
Bildirilir ki, bu təxmin avqustun sonuna olan "X"dəki payının dəyərini 78,7% azaldan "Fidelity"nin Mavi Çip İnkişaf Fondundan bu yaxınlarda açıqlanan məlumatlarına əsaslanır.
Bu o deməkdir ki, sosial media platforması hazırda cəmi 9,4 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, “Twitter” sosial şəbəkəsi 2006-cı ildə yaradılıb. 2022-ci ilin oktyabrında Mask onu 44 milyard dollara əldə edib. 2023-cü ilin iyulunda isə sosial şəbəkənin adı “X” olaraq dəyişdirilib.