Müharibədən bəhs edən 7 sənədli film | Banco.az

Müharibədən bəhs edən 7 sənədli film

Müəllif: Gülnar Əhmədli, Banco.az

Müharibə sənədli filmləri arxiv görüntülərinin toplanması, müharibəni yaşamış insanlarla müsahibələrin aparılması və tarixi hadisələrin canlandırılması ilə çəkilir. Müharibə sənədli filmlərindəki zorakılığı və ölüm məzmununu nəzərə alsaq, hər hansı bir müharibə sənədli filminə baxmaq çətin ola bilər. Ancaq tarix həvəskarları üçün bu sənədli filmlərə baxmaq olduqca maraqlıdır. İndiyədək çəkilmiş ən yaxşı sənədli filmlərdən bəzilərini təqdim edirik.

1. Taxi to the dark side (2007) – IMDb: 7.5

Məşhur sənədli film prodüseri və rejissor Aleks Gibneyin bu filminin əsas süjeti işgəncə və sorğu-sual üsullarının dəhşətli detallarını təsvir edir. Sənədli film Əfqanıstanda müharibənin 2001-ci ildə başladığı və rəsmi olaraq 2021-ci ilə qədər sona çatmadığına yönəlib.

    2. City of ghost (2017) – IMDb: 7.4

    Müharibə sənədli filmlərindən biri olan “City of ghost” 2011-ci ildə başlayan acı və dağıdıcı Suriya Vətəndaş Müharibəsindən bəhs edir. Bu sənədli film münaqişə haqqında indiyə qədər çəkilmiş ən yaxşı filmlərdən biridir. Filmdə həm də öz həyatlarını daim riskə atan bir qrup fədakar və qorxmaz jurnalistlərin təcrübələrinə yaxından nəzər salınır.

    3. Dear America: Letters home from Vietnam (1987) – IMDb: 7.9

    Sənədli film Vyetnam Müharibəsi zamanı Amerika əsgərləri, dənizçiləri, Hərbi Hava Qüvvələri üzvləri və dəniz piyadalarının öz ailələrinə və dostlarına yazdıqları həqiqi məktublardan bəhs edir. Bu filmin indiyə qədər çəkilmiş sənədli filmlərin ən təsirli aktyor heyətinə sahib olduğunu deyə bilərik.

    4. 20 Days in Mariupol (2023) – IMDb: 8.5

    Müharibə sənədli filmləri arasında yer alan istehsal 2022-ci ilin fevral və mart aylarında mühasirədə olan Mariupol şəhərində baş verən hadisələrdən bəhs edir. Jurnalistlərin müxtəlif çətinliklərlə əldə etdikləri görüntülərdən ibarət olan sənədli film dünyada böyük əks-səda doğurub. Sənədli film 2023-cü ilin iyununda "Docudays UA" Beynəlxalq sənədli filmlər festivalında təqdim olunub. Sandens Film Festivalında (ABŞ) mükafat və 2024-cü ilin martında "Ən yaxşı sənədli film" üzrə "Oskar" qazanıb.

    Ən sərfəli kredit üçün müraciət et

    5. Little Dieter needs to fly (1997) – IMDb: 8.0

    Müharibə sənədli filmləri arasında yer alan istehsal, Vyetnam müharibəsi zamanı təyyarəsi vurulan, qaçmadan əvvəl aylarca əsir düşən, həbs edilən və işgəncələrə məruz qalan Denglerin hekayəsindən bəhs edir.

      6. The battle of Russia (1943) – IMDb: 7.1

      Münaqişə hələ də davam edərkən yayınlanan İkinci Dünya Müharibəsi müharibəsi filmi "Why We Fight: The Battle of Russia" mühüm tarixi sənəddir. Sənədli filmdə Sovet Rusiyasının faşizmə qarşı mübarizə səylərinə diqqət yetirilir. Lakin burada hadisələr Amerika rakursundan danışılır.

      7. White Light/Black Rain: The Destruction of Hiroshima and Nagasaki (2007) – IMDb: 8.2

      Hadisələrin nəticələrini izləmək çətin olsa da, bu, sənədli filmdə ətraflı şəkildə araşdırılır. Hər iki tərəfdən baş verənlərə nəzər salınan sənədli filmdə bombaları atan amerikalılarla müsahibələr yer alır və hücumlardan sağ çıxanların bu dəhşətlərlə ilə bağlı təcrübələri paylaşılır.

      Bizi sosial şəbəkələrdən izləyin!!

      Facebook

      Instagram

      Telegram

        Ən sərfəli krediti almaq üçün müraciət et