Bankların kredit faizlərindən gəlirləri 2 mlrd. manatı ötüb | Banco.az

Bankların kredit faizlərindən gəlirləri 2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-avqust aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 48 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 368 milyon manat və ya 21,9% çoxdur.

Banklar 2023-cü ilin yanvar-avqust aylarında 1 milyard 680 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 8 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 369 milyon manat (16,2%) artaraq 2 milyard 648 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram