Müəllif:Ayşən İmanova/Banco.az
“Meta”nın qurucusu Mark Zukerberqin sərvəti “Metaverse” interaktiv virtual məkanının işə salınmasından sonra 6 dəfə artaraq 201 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bloomberg Milyarderlər İndeksinə görə, 40 yaşlı Zukerberqin şəxsi sərvəti ilk dəfə olaraq 200 milyard dolları ötüb.
Bildirilir ki, Zukerberq hazırda dünyanın 500 ən zəngin adamı siyahısında İlon Mask, Ceff Bezos və Bernard Arnodan sonra dördüncü yerdədir.
Agentlik qeyd edir ki, iş adamının sərvəti əsasən “Meta Platforms”un rekord yüksək səhm qiyməti sayəsində artıb. Buna görə də Zukerberqin xalis sərvəti iki ildən az müddətdə təxminən altı dəfə artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!