Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın ən populyar sosial media platformaları müəyyən edilib.
Banco.az xəbər verir ki, “Viralyft” sosial media marketinq şirkəti tərəfindən aparılan yeni araşdırma dünyanın ən populyar sosial media platformalarını aşkara çıxarıb.
Araşdırma hər bir platforma ilə əlaqəli açar sözlər üçün orta aylıq axtarış həcminə əsaslanır.
“YouTube” dünya üzrə 1,189,647,223 sayda orta aylıq axtarış nəticəsi ilə dünyanın ən populyar sosial media platforması kimi zirvədədir. “YouTube”u dünya üzrə orta aylıq 811,749,056 axtarışla “Facebook” izləyir.
“WhatsApp” isə orta aylıq 700,526,160 axtarışla üçüncü yerdədir.
“Viralyft”in araşdırmasına görə, dünyanın ən populyar sosial media platforması olan “YouTube”, xüsusilə Xorvatiyada yüksək axtarış həcminə çatır.
Dördüncü yerdə olan “Instagram” vizual yönümlü məzmunu ilə seçilir və əsasən influenserlər və brendlər tərəfindən istifadə edilir.
Beşinci yerdə “X”, altıncı yerdə “Pinterest” qərarlaşıb ki, onu da “TikTok”, “LinkedIn”, “Telegram” və Reddit” izləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!